İdman

Millimizin üzvü Xəyal Əliyev Madriddə cərrahi əməliyyat keçirdi

11 Jun 2026, 15:32 13 baxış
Millimizin üzvü Xəyal Əliyev Madriddə cərrahi əməliyyat keçirdi
"Sabah"ın və Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev əməliyyat olunub. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib. Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər