Kriminal

Bakıda "Qazel" motosikletlə toqquşdu: Ölən və yaralanan var

11 Jun 2026, 09:40 15 baxış
Bakıda "Qazel" motosikletlə toqquşdu: Ölən və yaralanan var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. 1985-ci il təvəllüdlü Rafiz İbrahimxəlil oğlu Qurbanovun idarə etdiyi "QAZel" markalı avtomobil 2008-ci il təvəllüdlü Mirzə Arif oğlu Məhəmmədin idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub. Nəticədə motosikletin sərnişini Nihat Elmar oğlu Məmmədov xəsarət alıb, sürücü Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər