Kriminal

Sürücü sükan arxasında öldü, maşın mağazaya çırpıldı

11 Jun 2026, 00:13 33 baxış
Sürücü sükan arxasında öldü, maşın mağazaya çırpıldı

Bakıda sürücü sükan arxasında ölüb.


Axar.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.


Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Davud Salman oğlu Salamov idarə etdiyi "Ford" markalı 90 JR 489 N-li avtomobildə ürək çatışmazlığından həyatını itirib.


Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər