Kriminal
Gəncədə kütləvi dava: yeddi nəfər yaralandı
Gəncədə kütləvi dava baş verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, dava zamanı Saday Nəzərov (2003), onun qardaşı Zöhrab Nəzərov ( 2005), qohumu Elvin Nəzərov (2006), Elşən Nəzərov ( 1990), Sakit Nəzərov (1991), Təbriz Fərzəliyev ( 2000) və Murad Xəlilov (2001) xəsarət alıblar.
Onlar Gəncədə yerləşən xəstəxanalara yerləşdiriliblər. İlkin məlumata görə, həmin şəxslərin qohumluq əlaqələri var.
Mənbə
axar.az