Kriminal

Bakıda sürücü sükan arxasında öldü

10 Jun 2026, 22:24 12 baxış
Bakıda sürücü sükan arxasında öldü
Bakıda sürücü sükan arxasında ölüb. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Davud Salman oğlu Salamov idarə etdiyi "Ford" markalı 90 JR 489 N-li avtomobildə ürək çatışmazlığından həyatını itirib. Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər