Kriminal

Hacıqabulda güclü yanğın başlayıb - VİDEO

10 Jun 2026, 17:01 1 baxış
Hacıqabulda güclü yanğın başlayıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub: "Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək". Hacıqabul rayonunda açıq ərazidə yanğın başlayıb. Bu barədə Oxu.Az-a məlumat daxil olub.

Yanğının səbəbi hələlik məlum deyil. Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər