Siyasət
Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə vizasız rejim tətbiq edəcək
Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq edəcək. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, qərar turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır: "Yaponiya tərəfi bu təşəbbüsü alqışlayıb. Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər". Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Ceyhun Bayramov Azərbaycanın Yaponiya vətəndaşları üçün viza rejimini ləğv etmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, bu təşəbbüs səfərlərin asanlaşdırılması, biznes əlaqələrinin genişləndirilməsi, turizmin təşviqi və insanlararası münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm addımdır.
Mənbə
oxu.az