İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu 8% azaldı

10 Jun 2026, 12:22 15 baxış
Azərbaycanın xarici dövlət borcu 8% azaldı

Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib.


Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.


Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8% azdır.


Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb.


Ötən il ölkənin xarici dövlət borcu 6,7% azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər