Kriminal

Bakıda evdən 50 yaşlı qadının meyiti tapıldı

10 Jun 2026, 10:48 3 baxış
Bakıda evdən 50 yaşlı qadının meyiti tapıldı
Bakıda evdən qadın meyiti aşkarlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 9-da gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Şəhər sakini, 1976-cı il təvəllüdlü Aytəkin Kərimovanın meyiti yaşadığı evdə tapılıb. Hüquq-mühafizə orqanları hadisə yerinə və meyitə baxış keçiriblər. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimala görə, qadın ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər