Kriminal

Salyanda ağır qəza: yaralılar var

09 Jun 2026, 21:45 8 baxış
Salyanda ağır qəza: yaralılar var

Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb. İsmayıl Füzuli oğlu Məmmədovun idarə etdiyi VAZ markalı avtomobil və Qədir Rəfail oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.


Hadisə nəticəsində xəsarət alan hər iki sürücü və sərnişin Etibar Rabil oğlu Sultanov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər