İqtisadiyyat

EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldib

09 Jun 2026, 22:36 2 baxış
EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldib
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün neft hasilatı ilə bağlı proqnozlarını yeniləyib. Oxu.Az xəbər verir ki, proqnozlar qurumun "Qısamüddətli enerji perspektivi" adlı hesabatının iyun buraxılışında əksini tapıb. Hesabatda bildirilib ki, Azərbaycanda bu il üzrə orta gündəlik neft hasilatı proqnozu əvvəlki hesabtla müqayisədə artırılıb. Yeni qiymətləndirməyə əsasən, 2026-cı ildə ölkədə gündəlik neft istehsalı təxminən 550 min barel səviyyəsində olacaq. Bu göstərici əvvəlki ay açıqlanan proqnozda 540 min barel kimi qeyd olunmuşdu. Rüblük göstəricilərdə də düzəlişlər edilib: ikinci rübdə hasilatın 550 min barel/sutka olacağı gözlənilir (əvvəl 540 min barel proqnozlaşdırılırdı). Üçüncü və dördüncü rüblər üçün isə proqnoz 540 min barel/sutka səviyyəsinə qaldırılıb, əvvəlki qiymətləndirmədə bu rəqəm 530 min barel idi. Qurumun məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı daha yüksək səviyyədə olub və orta göstəricilər rüblər üzrə 560-570 min barel aralığında dəyişib.
Mənbə oxu.az

Oxşar Xəbərlər