Siyasət
Əli Əsədovdan "Qaz təchizatı haqqında" qanuna dəyişikliklə bağlı QƏRAR
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında" 1999-cu il 31 may tarixli 87 nömrəli, "Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər"in təsdiq edilməsi haqqında" 2023-cü il 6 fevral tarixli 36 nömrəli və "Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər"in təsdiq edilməsi haqqında" 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında qərar qəbul edilib. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Mənbə
oxu.az