Naxçıvana dotasiya kəskin azaldı - 215 milyon əvəzinə...
Ötən il Azərbaycanda regionların dövlət büdcəsindən asılılığı daha da azalıb. 2025-ci ildə xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub. İcmal büdcə xərcləri qeyri-neft-qaz ümumi daxili məhsulun (ÜDM) 48.4%-nə bərabər olub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Naxçıvana dotasiya proqnozla nisbətdə 55 milyon manat az - 160 milyon manat icra olunub:
"Dotasiyadan asılılıq rayonlarımızda da azalıb və cəmi dörd rayona 1.5 milyon manat dotasiya verilib".