İqtisadiyyat

Azərbaycan Qiymətləndiricilər Palatası may ayı üçün daşınmaz əmlak indekslərini elan edib

09 Jun 2026, 13:58 3 baxış
Azərbaycan Qiymətləndiricilər Palatası may ayı üçün daşınmaz əmlak indekslərini elan edib
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) may ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb. Palatadan Oxu.az-a bildirilib ki, 2026-cı ilin may ayı ərzində daşınmaz əmlak bazarında ümumi artım tendensiyası davam edib və ayrı-ayrı seqmentlər üzrə dinamika fərqli xüsusiyyətlərlə diqqət çəkib. Hesabat dövründə AQP Kompozit daşınmaz əmlak indeksi may ayında 106.0 səviyyəsində formalaşıb və 2025-ci ilin dekabr ayı ilə müqayisədə bazarda orta hesabla 6.0% artım baş verib. Aparılan kompleks analizlər göstərir ki, bazarın əsas hərəkətverici qüvvəsi torpaq seqmenti olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər