Dünya

İrandan sərt hədələmə: ABŞ və İsrail bazaları "qanuni hədəf" elan edildi

07 Jun 2026, 22:48 3 baxış
İrandan sərt hədələmə: ABŞ və İsrail bazaları "qanuni hədəf" elan edildi
İran ABŞ və İsrailin regiondakı hərbi bazalarını bundan sonra "qanuni hədəf" hesab etdiyini bəyan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib. Qalibafın sözlərinə görə, davam edən dəniz blokadası və Livana qarşı yeni İsrail hücumları İran Silahlı Qüvvələrinin cavab zərbələri endirməsi üçün əsas yaradır. O bildirib ki, ABŞ və İsrailin addımları onların "güc dili"ndən başqa heç bir dili anlamadıqlarını göstərir. "Dəniz blokadası və ABŞ-nin Livandakı hücumlara yaşıl işıq yandırması regiondakı ABŞ və İsrail bazalarını, eləcə də aktivlərini qanuni hədəfə çevirir", - deyə Qalibaf vurğulayıb. İran parlamentinin sədri həmçinin ABŞ və İsraili Yaxın Şərqdə gərginliyi artırmaqda ittiham edib. Qeyd edək ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Beyrutun cənub bölgəsinə endirilən zərbələr nəticəsində azı iki nəfər həlak olub, 11 nəfər yaralanıb. Yerli mənbələr hücumların yaşayış binalarını hədəf aldığını bildirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər