Dünya

Trampdan İrana sərt mesaj: "Uranı onlarla və ya onlarsız götürəcəyik"

07 Jun 2026, 21:12 2 baxış
Trampdan İrana sərt mesaj: "Uranı onlarla və ya onlarsız götürəcəyik"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla danışıqların nəticəsindən asılı olmayaraq bu ölkənin yüksək zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına müsahibəsində danışıb. "Biz uranı onlarla birlikdə və ya onsuz da götürəcəyik. Bu zaman heç kim bizə atəş açmayacaq", - deyə Tramp bildirib. "Əgər razılıq əldə etsək və münasibətlər dostcasına olsa, bunu birlikdə həyata keçirəcəyik. Avadanlıq bizim olacaq. Uranı çıxarıb ya yerində məhv edəcəyik, ya da başqa yerə aparacağıq", - deyə o vurğulayıb. Tramp həmçinin ABŞ ilə İran arasında nüvə sazişinin imzalanmasına çox az qaldığını bildirib. Onun sözlərinə görə, tərəflər arasında yalnız bir neçə məsələ açıq qalır və bunlar ciddi problemlər hesab edilmir. "Biz razılaşmaya çox yaxınıq. Onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər", - deyə ABŞ lideri əlavə edib. Donald Tramp onu da qeyd edib ki, İranla mümkün razılaşmadan sonra ölkənin dondurulmuş aktivləri dərhal azad edilməyəcək. "Əgər onlar düzgün davransalar və yaxşı nəticə göstərsələr, o zaman bu barədə danışmağa başlayacağıq", - deyə ABŞ Prezidenti bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər