Dünya
İsrail Beyrut yaxınlığında "Hizbullah" obyektinə zərbə endirib
İsrail hərbçiləri Livanın paytaxtı Beyrutun cənub şəhərətrafı qəsəbəsi olan Dahiyədə "Hizbullah" təşkilatının obyektinə zərbə endiriblər. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb. "Baş nazir Netanyahu və müdafiə naziri İsrael Katsın göstərişlərinə uyğun olaraq, İsrail Müdafiə Ordusu "Hizbullah" tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Beyrutun Dahiyə rayonundakı terrorçuların qərargahına hücum edib" , - deyə bəyanatda vurğulanır.
Mənbə
oxu.az