Digər
Rusiyadan İrəvana xəbərdarlıq: Bunu açıqlamaq istəmirdik
Moskva Ermənistana Avropa Birliyinin çoxdan Rusiyaya düşmən olan hərbi-siyasi birliyə çevrildiyini çatdırmağa çalışır.
Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Biz illərdir ki, Ermənistanla bu barədə danışırıq. Təbii ki, bütün bunlar bağlı qapılar arxasında edilirdi; biz bunu ictimaiyyətə açıqlamaq istəmirdik. Bu gün Avropa Birliyi faktiki olaraq hərbi-siyasi birliyə çevrilən, ölkəmizə qarşı düşmənçiliyini açıq şəkildə bəyan edən bir birlikdir”, - Overçuk bildirib.
Mənbə
axar.az