Digər

OPEK+ neft hasilatını artırdı

07 Jun 2026, 17:36 2 baxış
OPEK+ neft hasilatını artırdı

OPEK+ təşkilatına daxil olan yeddi ölkə (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Əlcəzair və Oman) iyul ayından etibarən neft hasilatını gündəlik 188 min barrel artırmaq qərarına gəlib.


Axar.az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda qeyd olunub.


“Neft bazarının sabitliyini qorumaq üzrə kollektiv öhdəliklərinin bir hissəsi olaraq, yeddi iştirakçı ölkə 2023-cü ilin aprel ayında elan edilən könüllü düzəlişlərə əlavə olaraq, hasilatı gündə 188.000 barrel tənzimləmək barədə razılığa gəliblər. Bu düzəliş 2026-cı ilin iyul ayında tətbiq olunacaq”, - bəyanatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər