Dünya

İspaniyada Papa XIV Leonun dini ayininə bir milyondan çox insan qatılıb

07 Jun 2026, 15:00 1 baxış
İspaniyada Papa XIV Leonun dini ayininə bir milyondan çox insan qatılıb
İspaniyada Roma Papası XIV Leonun rəhbərlik etdiyi messada (dini ayində) iştirak etmək üçün təxminən 1.2 milyon insan paytaxt Madridin Sibeles meydanı ətrafına toplaşıb. Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi mərasimin təşkilatçılarına istinadən xəbər verir. Bu hadisə pontifikin İspaniyaya birhəftəlik səfəri çərçivəsində ən kütləvi tədbir olub. Roma Papasının iyunun 6-dan 12-nə dək İspaniyaya reallaşan səyahəti onun İtaliya hüdudlarından kənarda Avropa İttifaqı ölkəsinə ilk səfəridir. Səfər şənbə günü miqrantlar və evsizlərlə görüşlərlə, həmçinin Madriddə təxminən 600 000 gəncin iştirak etdiyi gecə ibadəti ilə başlayıb. Pontifik Barselonaya və Kanar adalarına səfər edəcək, orada Qərbi Afrikadan gələrək dənizi keçərkən həyatlarını təhlükəyə atan miqrantlarla görüşəcək. XIV Leo messa zamanı dünya liderlərini cəmiyyəti parçalamağa son qoymağa və hər bir insana hörmətlə yanaşmağa çağırıb. Dini ayindən sonra papanın öz ordeninin üzvləri, eləcə də şou-biznes və mədəniyyət nümayəndələri ilə şəxsi görüşləri planlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər