Digər
Küveytdə məşhur aparıcı İrana görə həbs edildi
Küveyt dövlət televiziyasının aparıcısı Zeynəb Dəşti müharibə zamanı İrana rəğbət bəsləyən sosial media paylaşımlarına görə həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Məlumata görə, Dəşti 3 il həbs cəzası alıb və mart ayından bəri həbsdədir.
O, düşmən dövlətə rəğbət bəsləmək, məzhəb qarşıdurmasını qızışdırmaq, milli təhlükəsizliyə zərər vurmaq maddələriylə ittiham olunur.
Qeyd edək ki, Küveyt münaqişə ilə əlaqəli İran lehinə çıxışlara qarşı genişmiqyaslı əməliyyat çərçivəsində təxminən 1200 nəfəri həbs edib.
Mənbə
axar.az