Digər

İraq yığmasının üzvləri ABŞ-da 7 saat dindirildilər

07 Jun 2026, 13:23 3 baxış
İraq yığmasının üzvləri ABŞ-da 7 saat dindirildilər

İraqın ulduz futbolçusu Aymen Hüseyn milli komanda ilə birlikdə Çikaqonun Ohare hava limanında təxminən yeddi saat saxlanılıb və dindirilib.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


“Hüseyn sonda ABŞ-a buraxılıb, lakin komandanın fotoqrafı Talal Salah 10 saatdan çox saxlanıldıqdan sonra onun ölkəyə girişinə icazə verilməyib”, - məlumatda bildirilib.


Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək və iyunun 11-də başlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər