Dünya
KİV: ABŞ 500 min dollarlıq raketlə hava şarı vurub - FOTO - VİDEO
ABŞ Hərbi Hava Qüvvələri 2023-cü ilin fevralında 500 000 dollar dəyərində olan raketlə boyskautların hava şarı olduğu ortaya çıxan naməlum uçan obyekti vurub. Oxu.Az bildirir ki, bu barədə "New York Post" qəzeti Pentaqonun anomal hadisələrin tədqiqi üzrə idarəsinin keçmiş direktoru Şon Kirkpatrikə istinadən xəbər verir.
Qeyd olunur ki, bu hadisə Cənubi Karolina ştatının yaxınlığında Çinə məxsus aerostatın vurulmasından təxminən bir həftə sonra baş verib. Nəşr yazır ki, bu insidentdən sonra amerikalı hərbçilər nəzərə çarpan istənilən naməlum uçan obyektə zərbələr endirməyə başlayıblar. Boyskautlar hava şarını tədqiqat layihəsi həyata keçirmək üçün buraxıblar, nəticədə o, "AIM-9 Sidewinder" raketi ilə vurulub. Qəzet onun dəyərinin təxminən 500 000 dollar təşkil etdiyini vurğulayır. Xatırladaq ki, 2023-cü ilin fevral ayının əvvəlində ABŞ hökuməti ölkə üzərində kommersiya aviareysləri üçün standart parametrləri əhəmiyyətli dərəcədə aşan hündürlükdə Çin aerostatını qeydə aldığını bəyan edib. Fevralın 4-də həmin şar ABŞ-nin hava məkanı daxilində raketlə vurulub. Vaşinqton administrasiyasının versiyasına görə, Çin bu aparatın köməyi ilə mühüm məlumatların toplanmasını həyata keçirirmiş. Çin Xarici İşlər Nazirliyi buna etirazını bildirib. Pekin bəyan edib ki, Çinin meteoroloji zondu ABŞ hava məkanına təsadüfən daxil olub.
{{gallery}}

Mənbə
oxu.az