Digər
Putinlə sıx münasibətlərimiz var - Paşinyan
Ermənistanın Rusiya ilə münasibətləri qarşılıqlı hörmətə əsaslanır və institusional əsasa malikdir.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya ilə hazırkı gərginlik süni xarakter daşıyır:
“Ermənistanda fəaliyyət göstərən bəzi qüvvələr Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Amma bizim Rusiya prezidenti ilə sıx münasibətlərimiz var”.
Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
Mənbə
axar.az