Digər

Kuba ABŞ işğalına hazırlaşır: Əhaliyə silah paylanıldı

07 Jun 2026, 10:44 3 baxış
Kuba ABŞ işğalına hazırlaşır: Əhaliyə silah paylanıldı

Kuba əhalini mümkün ABŞ işğalına hazırlaşmağa çağıraraq mülki şəxslərə silah paylamağa başlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Version Final” nəşri məlumat yayıb.


Məlumata görə, bu addımlar ada ətrafında gərginliyin artması və ABŞ-ın bölgədə hərbi mövcudluğunu gücləndirməsi ilə əlaqələndirilir.


CNN müxbiri Patrik Oppman bildirir ki, mümkün hərbi ssenariyə hazırlıq artıq Havanada gündəlik həyata təsir göstərib. Dövlət qurumları və təşkilatları fövqəladə vəziyyət və hərbi əməliyyatları müzakirə ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər