Digər
Trampa qarşı etirazlar: Albaniya satışda deyil... - Video
Albaniya əhalisi ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner əleyhinə etiraz aksiyaları keçirirlər.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, albanlar Tramp və Kuşnerin “Affinity Partners” şirkətinin Sazan adası və Vyosa-Narta bataqlıq ərazilərində həyata keçirməyi planlaşdırdıqları lüks kurort layihəsinə etiraz edirlər.
Etirazçılar əsasən “Albaniya satışda deyil” şüarlarını səsləndirirlər.
Mənbə
axar.az