Dünya

Ermənistanda parlament seçkisi keçirilir - VİDEO

07 Jun 2026, 09:24 3 baxış
Ermənistanda parlament seçkisi keçirilir - VİDEO
Ermənistanda parlament seçkisi başlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə uyğun gəlir - red.) ölkə üzrə 2 500 seçki məntəqəsi açılıb.
Seçkidə iştirak etmək üçün 16 partiya və 2 blok qeydiyyata alınıb. Rəsmi məlumatlara görə, 2.5 milyon vətəndaşın səsvermə hüququ var. Seçici fəallığının göstəricisindən asılı olmayaraq səsvermə baş tutmuş hesab ediləcək - yeni seçki məcəlləsi ilə hər hansı bir minimal hədd müəyyən edilməyib. Məntəqələr saat 20:00-da bağlanacaq. Ermənistan Mərkəzi Seçki Komissiyası ilkin nəticələri növbəti gün, yekun nəticələri isə ən geci yeddinci gün elan edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər