Digər
Ermənistanda parlament seçkiləri keçirilir
Ermənistanda parlamentə seçkilər başlayıb.
Axar.az xəbər verir ki, yerli vaxtla saat 8:00-da ölkə üzrə 2500 seçki məntəqəsi açılıb.
Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 16 partiya və iki blok qeydiyyatdan keçirib.
Seçki məntəqələri saat 20:00-da bağlanacaq. Ermənistan Mərkəzi Seçki Komissiyası ilkin nəticələri ertəsi gün, yekun nəticələri isə yeddinci gündən gec olmayaraq açıqlayacaq.
Rəsmi məlumatlara görə, 2,5 milyon vətəndaş səs vermək hüququna malikdir.
Mənbə
axar.az