Dünya

Fransada qaradərili parlament üzvlərinə təhqiredici məktublar ünvanlandı

07 Jun 2026, 06:02 1 baxış
Fransada qaradərili parlament üzvlərinə təhqiredici məktublar ünvanlandı
Paris prokurorluğu qaradərili parlament üzvlərinə irqçi məktublar göndərənin kimliyini araşdırır. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Məlumata görə, təhqiredici məktubu Daniel Obono, Ali Diuara, Karlos Martens Bilonqo və Nadej Abomanqoli alıblar. Məktubda karikaturçu Erjenin "Konqoda Tintin" əsərini parodiya edən komikslərə "Deputatlar zooparkdan qaçıblar" və "Boyun Əyməyən Fransa? Bu bizə lazımdır, ağa" kimi başlıqlar yazılıb. Deputatların vəkili bildirib ki, şikayət qaradərililərə qarşı irqçi nifrəti qızışdıranları məsuliyyətə cəlb etməyə yönəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər