Dünya

Zimbabvedə malyariya həyəcanı: Yoluxma halları dörd dəfə artdı

07 Jun 2026, 01:32 1 baxış
Zimbabvedə malyariya həyəcanı: Yoluxma halları dörd dəfə artdı
Zimbabve hökuməti ölkədə malyariyanın sürətlə yayılması ilə əlaqədar tədbirlər planı hazırlayır. Oxu.Az xəbər verir ki, bu barədə "The Herald" qəzeti məlumat yayıb. Məlumata görə, 2026-cı ilin ilk aylarında ölkədə malyariyaya yoluxma halları dörd dəfə artaraq 65 minə çatıb. Zimbabvenin səhiyyə naziri Duqlas Mombeşora bildirib ki, xəstəliyin sürətlə yayılmasının səbəblərinin təcili şəkildə müəyyənləşdirilməsi və aradan qaldırılması vacibdir. Nazirin sözlərinə görə, belə vəziyyət yalnız Zimbabve üçün xarakterik deyil. Hazırda ölkə hakimiyyəti baş verənlərin səbəblərini araşdırmağa başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər