Dünya

Türkiyədə güclü sel: Ölən və yaralananlar var

07 Jun 2026, 02:02 2 baxış
Türkiyədə güclü sel: Ölən və yaralananlar var
Türkiyənin Niğde vilayətində güclü yağış və dolu nəticəsində baş verən sel zamanı bir nəfər həlak olub, beş nəfər yaralanıb. Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə vilayətin Gümüşlər qəsəbəsində qeydə alınıb. Məlumata görə, leysan yağışlarından sonra yaranan sel sularına üç avtomobil və altı nəfər düşüb. Xilasedicilər tərəfindən sudan çıxarılan şəxslər xəstəxanalara çatdırılıblar. Sabiha Dinçer Niğde Ömər Halisdəmir Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə cəlb olunan AFAD, səhiyyə, jandarma, bələdiyyə və digər aidiyyəti qurumların əməkdaşları axtarış-xilasetmə və fəsadların aradan qaldırılması işlərini davam etdirirlər. Niğde valisi Nədim Akmeşe bildirib ki, sel və daşqınlarla mübarizə tədbirlərinə 39 texnika vahidi, 13 xüsusi təyinatlı iş maşını və 216 nəfər şəxsi heyət cəlb olunub. Onun sözlərinə görə, yaralılardan birinin müalicəsi davam edir, digər dörd nəfər isə həkim nəzarəti altında saxlanılır. Hazırda hadisənin səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər