Digər
Karapetyanın partiyasından 6 namizəd məsuliyyətə cəlb olundu
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Güclü Ermənistan Partiyasından 6 deputatlığa namizədin cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, söhbət Vaqe Tavakalyan, Ayke Avakyan, Vaqe Yegiazaryan, Susan Badoyan, Aşot Saakyan və Artur Abramyandan gedir.
Ermənistan İstintaq Komitəsi artıq onların saxlanılması barədə qərar qəbul edib.
Adıçəkilən şəxslər "seçici rüşvətxorluğu və külli miqdarda çirkli pulların yuyulması" maddələri ilə ittiham olunurlar.
Qeyd edək ki, Güclü Ermənistan Partiyasının lideri rusiyalı iş adamı Samvel Karapetyandır.
Mənbə
axar.az