İdman

Florentino Peresin gizli hədəfi məlum oldu: "Real Madrid" PSJ-nin ulduzunu istəyir - FOTO

06 Jun 2026, 16:26 4 baxış
Florentino Peresin gizli hədəfi məlum oldu: "Real Madrid" PSJ-nin ulduzunu istəyir - FOTO
"Real Madrid" PSJ-nin və Gürcüstan milli komandasının hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı öz heyətinə qatmaq niyyətindədir. Oxu.Az "Teamtalk" nəşrinə istinadən xəbər verir ki, "Real"ın prezidenti Florentino Peresin bəhs etdiyi sirr dolu oyunçu məhz Xviça Kvaratsxeliyadır. Xatırladaq ki, bir müddət əvvəl klub rəhbəri adı açıqlanmayan futbolçu üçün 150 milyon avroluq təklif irəli sürəcəklərini elan etmişdi. Məlumata əsasən, Madrid təmsilçisi bu səs-küylü transferlə bağlı artıq PSJ ilə aktiv danışıqlar aparır. Kvaratsxeliyanın özünün də bu keçidə etiraz etməyəcəyi ehtimalı olduqca yüksəkdir. Qeyd edək ki, ötən mövsüm ərzində Kvaratsxeliya bütün turnirlər daxil olmaqla 48 oyunda meydana çıxaraq 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. UEFA onu PSJ-nin qalib olduğu Çempionlar Liqasının ən yaxşı futbolçusu seçib. Ulduz oyunçunun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub və onun dəyəri 140 milyon avro olaraq qiymətləndirilir.
Florentino Peresin gizli hədəfi məlum oldu: "Real Madrid" PSJ-nin ulduzunu istəyir - FOTO Florentino Peresin gizli hədəfi məlum oldu: "Real Madrid" PSJ-nin ulduzunu istəyir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər