İdman
Mbappe "Real Madrid"də və millidə unudulmaz matçlarından danışdı
Fransa yığmasının "Real Madrid"də çıxış edən hücumçusu Kilian Mbappe klubunda və millidə keçirdiyi ən yaddaqalan görüşlərdən danışıb. Oxu.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Gənc forvard UEFA Çempionlar Liqasında (ÇL) "Mançester Siti"yə qarşı matçda het-trik etdiyini görüşü xüsusi ilə vurğulayıb. 2024/25 mövsümündə ÇL-in 1/8 finalına vəsiqə uğrunda pley-off matçında İspaniya klubu "Mançester Siti" ilə cavab matçında 3:1 hesabı ilə qalib gəlib. Bunun nəticəsi olaraq, "Kral klubu" Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirib. Fransalı futbolçu matçın 4-cü, 33-cü və 61-ci dəqiqələrdə qol vuraraq, görüşün qəhrəmanı olub. Bundan əlavə, Mbappe Fransa millisində keçirdiyi ən yaxşı matçı da açıqlayıb: "Düşünürəm ki, bu, 2018-ci il dünya çempionatının (DÇ-2018) yarımfinalında Belçika ilə matçdır. Mən həmin görüşdə qol vurmadım və məhsuldar ötürmə də vermədim. Amma hesab edirəm ki, o gün üç və ya dörd dəfə fərqlənə bilərdim". DÇ-2018-də Fransa millisi yarımfinalda 1:0 hesabı ilə Belçikanı məğlub edib. Həmin vaxt 19 yaşı olan Mbappe turnirdə 4 qol vuraraq dünya çempionu adını qazanıb. O, mundialın ən yaxşı gənc oyunçusu seçilib.
Mənbə
oxu.az