Dünya

Kolumbiyada mədəndə partlayış: Yeddi nəfər öldü

06 Jun 2026, 12:34 1 baxış
Kolumbiyada mədəndə partlayış: Yeddi nəfər öldü
Kolumbiyada şaxtada baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "La FM" məlumat yayıb. Axtarış-xilasetmə əməliyyatı zamanı Kundinamarka bölgəsində "La Veqa" mədəninin daxilində baş vermiş partlayışdan sonra dağıntılar altında qalan yeddi işçinin meyitləri aşkar edilib. Partlayışın səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər