Dünya

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

06 Jun 2026, 09:24 1 baxış
ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər
İranın ordusu Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "ABŞ-nin Sirik və Keşm adasına qarşı hücumuna cavab olaraq regiondakı düşmən bazaları raketlərlə vurulub", - deyə "Mehr" agentliyi SEPAH-a istinadən xəbər verib. ABŞ ordusu isə İranın Küveyt və Bəhreyn istiqamətinə atdığı bir neçə ballistik raketi zərərsizləşdirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib. "CENTCOM Hörmüz boğazı istiqamətinə buraxılmış dörd İran dronunu vurduqdan bir neçə saat sonra bu ölkə Küveyt və Bəhreyn istiqamətində yeddi ballistik raket atıb. İlkin qiymətləndirmələrə görə, İranın atdığı raketlərdən altısı zərərsizləşdirilib, yeddincisi isə hədəfinə çatmayıb", - deyə komandanlığın məlumatında bildirilib. Komandanlıq qeyd edib ki, ABŞ hərbçiləri arasında xəsarət alanlar barədə məlumat yoxdur. ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki qərargahına ziyan dəyməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər