Dünya

Avstraliyada 200 min dollarlıq tarakanlar müsadirə edildi

06 Jun 2026, 05:32 4 baxış
Avstraliyada 200 min dollarlıq tarakanlar müsadirə edildi
Avstraliyada təhlükəsizlik xidmətinin əməkdaşları 200 min dollar dəyərində 100 mindən çox canlı ekzotik tarakan müsadirə ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, müsadirə edilən həşəratlar arasında dünyanda ən iri tarakan növü sayılan - Madaqaskar fışıldayanları da olub. Məqalənin müəllifi güman edir ki, tarakanlar, ehtimal ki, ticarət üçün, o cümlədən sürünənlər üçün yem kimi istifadə olunmaq məqsədilə nəzərdə tutulubmuş. Bu, Avstraliyada qanunsuz ekzotik onurğasızların ən böyük müsadirəsidir. Ölkəyə ekzotik tarakanların gətirilməsi qadağandır, yəni onları saxlamaq, yetişdirmək və satmaq olmaz. Qeyd olunur ki, tarakanların Avstraliyada olması xəstəliklərin yayılmasına kömək edə və yerli vəhşi təbiətə və kənd təsərrüfatına zərər vura bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər