Dünya

Yaponiyada "ağıllı ayı" dəhşət saçır

06 Jun 2026, 04:04 3 baxış
Yaponiyada "ağıllı ayı" dəhşət saçır
2025-ci ildə Yaponiyada ayılar tərəfindən törədilən hücumlar nəticəsində rekord sayda - 13 nəfər həyatını itirib. Xilasedicilər və ovçular aqressiv heyvanları zərərsizləşdirsə də, bu tədbirlər vəziyyəti dəyişmir. Bu yaxınlarda isə insanların qarşısına tutulması heç cür mümkün olmayan "həddindən artıq ağıllı ayı" çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. İyunun 2-də Fukusimada yerləşən iki zavodda ayı dörd nəfərə hücum etdikdən sonra binaların birində gizlənib. Bu addım ona ovçulardan və qurulmuş tələlərdən qaçmağa imkan verib. Fukusima administrasiyasının nümayəndəsi bildirir ki, o vaxtdan bəri heyvanın tapılması mümkün olmayıb. Fukusima şəhərinin meri Yuki Baba qeyd edib ki, əldə edilən məlumatlara əsasən, yırtıcı qaçmaq məqsədilə pəncərəni özü açıb. Mer əlavə edib ki, çıxış hissəsində pəncə izləri də tapılıb. Onun sözlərinə görə, ayının su içmək üçün su kranını açdığı da ehtimal olunur və o, bunu olduqca ağıllı hərəkət kimi xarakterizə edib. Bir müddət əvvəl Yaponiyada anomal ölçülərə malik bir neçə ayının tutulduğu da bildirilirdi. Onlardan birinin çəkisi 330 kq, digərininki isə təxminən 280 kq olub. Belə nəhəng yırtıcıların haradan peyda olduğu isə hələlik sirr olaraq qalır. Rakuno Qakuen Universitetinin professoru Yosikadzu Satonun ehtimalına görə, heyvanlar qış yuxusundan əvvəl qarğıdalı yeyərək bu qədər kökəlmiş ola bilərlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər