İdman

Üç dəfə proqnozları doğrulan almaniyalı iqtisadçı DÇ-2026-nın qalibini təxmin etdi

06 Jun 2026, 03:32 2 baxış
Üç dəfə proqnozları doğrulan almaniyalı iqtisadçı DÇ-2026-nın qalibini təxmin etdi
Almaniyalı iqtisadçı Yoahim Klement 2026-cı il futbol üzrə dünya çempionatının qalibi ilə bağlı proqnozunu açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" yazıb. Mütəxəssisin fikrincə, qarşıdakı dünya çempionatında Niderland milli futbol komandasını uğur gözləyir. Onun proqnozuna görə, niderlandlılar finalda Portuqaliya millisi üzərində qələbə qazanacaqlar. Klement daha əvvəl 2014-cü il dünya çempionatının qalibi olan Almaniya milli futbol komandası, 2018-ci ildə çempion olan Fransa millisi və 2022-ci ildə kuboku qazanan Argentina millis ilə bağlı proqnozlarında düzgün nəticə əldə edib. "Almaniya Braziliyada dünya çempionu olanda ilk dəfə dəhşətə gəlmişdim. Çünki bütün ekspertlər bildirirdilər ki, indiyədək heç bir Avropa komandası Cənubi Amerikada keçirilən dünya çempionatını qazanmayıb... Bu tamamilə qeyri-rasional məsələdir. Lotereya oynamağa bənzəyir. Həmişə deyirəm ki, əgər kimsə növbəti dünya çempionu ilə bağlı proqnozuma əsasən mərc edirsə, ona artıq kömək etmək mümkün deyil", - deyə Klement bildirib. İqtisadçının modeli bir sıra əsas göstəriciləri nəzərə alır. Bunlara ölkələrin adambaşına düşən ÜDM-i (idman infrastrukturuna təsir göstərən amil kimi), əhalinin sayı, futbolun cəmiyyətdəki statusu, milli komandanın dünya reytinqindəki mövqeyi, eləcə də "uğur" amilini təmsil edən göstəricilər daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər