Dünya
Tramp: "Biz elə bir mərhələyə çatmışıq ki, tezliklə İrandan çıxmalı olacağıq"
"ABŞ yaxın vaxtlarda İrana qarşı əməliyyatı ya ikitərəfli razılaşma, ya da daha sərt üsullarla başa çatdırmağı planlaşdırır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Viskonsin ştatının Çippeva-Fols şəhərində kənd təsərrüfatına həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib. "Biz elə bir mərhələyə çatmışıq ki, çox tezliklə İrandan çıxmalı olacağıq və bu, çox qətiyyətli addım olacaq. İstənilən halda, istər bir kağız parçası vasitəsilə, istərsə də sərt üsullarla", - deyə Tramp bildirib. ABŞ prezidenti əlavə edib ki, proses faktiki olaraq artıq başa çatmaq üzrədir. "Biz bununla demək olar ki, işimizi bitirmişik. Siz görəcəksiniz ki, bu məsələ ya kağız üzərində, ya da daha mürəkkəb üsulla həll olunacaq. Baxmayaraq ki, bunu daha sadə yol adlandırmaq da olar", - deyə Tramp yekunlaşdırıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər