Dünya
Xəstəliyi ağırlaşan Norveç şahzadəsi donor orqanı üçün növbəyə alınıb
2018-ci ildə təhlükəli ağciyər fibrozu diaqnozu qoyulan 52 yaşlı Mette-Maritin sağlamlıq durumu kəskin şəkildə pisləşib. Kral sarayı Norveçin gələcək kraliçasının artıq donor orqanı gözləyəcəyini rəsmən bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə kral sarayının açıqlamasına istinadən "El Pais" nəşri məlumat yayıb. Həkimlər vəziyyəti kritik olaraq qiymətləndiriblər və xəstə transplantasiya üçün gözləmə siyahısına əlavə edilib. Xəstəliyin kəskinləşməsi səbəbindən vəliəhd şahzadə işinə davam edə və rəsmi tədbirlərə qatıla bilməyəcək. Onun həyat yoldaşı şahzadə Hakon xəstə xanımının yanında olmaq məqsədilə Yaponiyaya səfərini yarımçıq saxlayıb. Cütlüyün 22 yaşlı qızı İnqrid anasına mənəvi dəstək olmaq üçün təcili olaraq Avstraliyadan vətənə qayıdıb. Ailə gümüş toy ildönümünün qeyd edilməsini təxirə salmaq məcburiyyətində qalıb. Bundan əlavə, Hakon Stokholmdakı mərasimlərdə iştirak etməyəcək. Qeyd olunur ki, Mette-Marit son vaxtlar ictimaiyyət arasına yalnız oksigen maskası ilə çıxırdı. Monarx özü də əvvəllər çox narahat olduğunu etiraf etmişdi, çünki şahzadənin vəziyyəti getdikcə ağırlaşır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər