İdman

Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi

06 Jun 2026, 01:00 2 baxış
Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb. Oxu.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gəlib. Əlavə vaxta gedən oyunda Azərbaycan komandası Litva millisinə 14:12 hesabı ilə qalib gəlib. Yığma iyunun 6-da 1/4 finalda Almaniya ilə qarşılaşacaq. Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19.
Mənbə oxu.az

Oxşar Xəbərlər