Digər
Paşinyan seçkilərdə qalib gələrsə... - Kreml
Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun seçkilərində qalib gələrsə, Rusiya Ermənistanla konstruktiv münasibətləri qorumağa hazırdır.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Əlbəttə ki, Ermənistanın bizimlə dost olmaq istəməsi bizim üçün vacibdir", - deyə Peskov bildirib.
Peskov həmçinin Ermənistanın Avropa Birliyi (AB) və Avrasiya İqtisadi Birliyi (AİB) arasında seçimini “süni” adlandırıb.
Onun sözlərinə görə, Ermənistan faktiki olaraq uzun müddətdir KTMT-də iştirak etmir. Lakin Kreml hesab edir ki, AİB-də iştirak respublika üçün daha faydalıdır.
Mənbə
axar.az