Digər

Bunu Rusiya və Ukrayna özləri həll etməlidir - Tramp

06 Jun 2026, 00:48 3 baxış
Bunu Rusiya və Ukrayna özləri həll etməlidir - Tramp

Ukrayna və Rusiya müharibənin başa çatdırılması ilə bağlı məsələləri özləri həll etməlidirlər.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.


O bildirib ki, tərəfləri hazırkı mərhələyə gətirən məhz ABŞ olub.


“Qoy bununla özləri məşğul olsunlar. Mən onları bu nöqtəyə gətirdim və düşünürəm ki, məsələ həll olunacaq”.


Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya ilə Ukrayna yaxın zamanda münaqişəni həll edə bilərlər.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də daha öncə əsas məsələləri ölkəsi ilə Ukraynanın öz aralarında həll etməli olduqlarını bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər