İdman

Messi MLS-in ulduzlar oyununa dəvət aldı

05 Jun 2026, 23:04 2 baxış
Messi MLS-in ulduzlar oyununa dəvət aldı
Argentinalı futbol ulduzu Lionel Messi MLS-in ulduzlar oyunu üçün açıqlanan heyətə daxil edilib. Oxu.Az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib. İyulun 29-da Şimali Karolina ştatının Şarlott şəhərindəki "Bank of America" stadionunda keçiriləcək qarşılaşmada MLS ulduzları Meksika çempionatının ulduzlar komandası ilə üz-üzə gələcəklər. Heyətdə yer alan futbolçular: Qapıçı: Brayan Şveyk ("Neşvill"). Müdafiəçilər: Entoni Markaniç ("Minnesota Yunayted"), Mbekezeli Mbokazi ("Çikaqo Fayr"), Tim Rim ("Şarlott"), Endi Naxar ("Neşvill"). Yarımmüdafiəçilər: Sebastyan Berhalter ("Vankuver Uaytkeps"), Zavyer Qozo ("Real Solt Leyk"), Hani Muxtar ("Neşvill"). Hücumçular: Uqo Keypers ("Çikaqo Fayr"), Son Hın Min ("Los-Anceles"), Lionel Messi ("İnter Mayami"). MLS ulduzlar komandasının baş məşqçisi, "Şarlott" klubunu çalışdıran Din Smit daha 13 futbolçu seçəcək. Daha iki oyunçu ilə bağlı qərarı isə liqanın komissarı Don Qarber verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər