İdman

Azərbaycan millisi Maltaya məğlub oldu - VİDEO

06 Jun 2026, 00:00 3 baxış
Azərbaycan millisi Maltaya məğlub oldu - VİDEO
Futbol üzrə Azərbaycan milli komandası Macarıstanda yoldaşlıq matçı keçirib. Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə üz-üzə gəlib. Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda baş tutan matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq. Avstriyada təlim-məşq toplanışını davam etdirən futbol üzrə Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Malta yığması ilə üz-üzə gələcək. Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mixali Kaprali olacaq. Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San-Marinoya qarşı keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər