Digər
Paşinyanın İrəvanda izdihamlı mitinqi - Video
Ermənistanın hakim Mülki Müqavilə Partiyası iyunun 5-də İrəvanın Respublika meydanında mitinq keçirib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, mitinq kütləviliyi ilə diqqət çəkib.
Seçki təbliğatının sonunu əks etdirən izdihamlı mitinqdə Mülki Müqavilə Partiyasının sədri, Ermənistanın Baş naziri və partiyasının baş nazirliyə namizədi Nikol Paşinyan müxtəlif şüarlar səsləndirib.
Qeyd edək ki, Ermənistanda seçki 7 iyunda keçiriləcək. Bu gün seçki təbliğatı başa çatır, sabah saat 8:00-dan “sükut günü” başlayır.
Mənbə
axar.az