ABŞ ordusu əfsanəvi təyyarənin istismarını dayandırdı
ABŞ Dəniz Piyadaları Korpusu şaquli qalxma və enmə qabiliyyətinə malik “AV-8B Harrier II” hücum təyyarəsini rəsmi olaraq istismardan çıxarıb. Mərasim Şimali Karolina ştatındakı Çerri-Poynt aviabazasında keçirilib.
Axar.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, beş min tamaşaçının gözü qarşısında Harrier son dəfə özünəməxsus qabiliyyətini – havada asılı vəziyyətdə qalmağı və uçuş-eniş zolağı olmadan havaya qalxmaq bacarığını nümayiş etdirib. Məhz bu xüsusiyyət yarım əsrdən artıq xidmət müddəti ərzində onu dünyanın müxtəlif bölgələrində baş vermiş onlarla silahlı münaqişədə əvəzolunmaz edib.
“Harrier üçün aerodrom lazım deyildi”, – deyə təxris olunmuş keçmiş pilot, dəniz piyadaları polkovnik-leytenantı Mayk Rauntri “Task & Purpose” nəşrinə bildirib.
Onun sözlərinə görə, təyyarənin idarə olunması üçün sükan arxasında bir dəniz piyadasının olması, həmçinin yanacaq doldurulması və silahların yüklənməsi üçün bir neçə nəfərin iştirakı kifayət edirdi. Bu, hətta primitiv meydançalarda belə mümkün olurdu.