Dünya
Azovda həlak olan dənizçilərin yaxını nələri danışdı? - VİDEO
İyunun 5-nə keçən gecə Azov dənizində göyərtəsində 25 azərbaycanlının olduğu 2 gəmi vurulub. Hadisə nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub. Dünyasını dəyişənlərdən biri Neftçala rayon sakini 50 yaşlı Rəcəb Əhədovdur. Həlak olan dənizçinin atası Firudin Əhədov Baku TV-yə oğlu ilə sonuncu telefon danışığından bəhs edib:
"Oğlumla sonuncu dəfə danışanda hər şeyin qaydasında olduğunu dedi və narahat olmamağımı tapşırdı. Yük gözlədiklərini söylədi. Yola düşəndə xəbər edəcəyini demişdi. Bu, axırıncı söhbətimiz oldu. Bu gün saat 10-dan sonra isə bu acı xəbəri aldıq".

Mənbə
oxu.az