Digər

ABŞ-la müharibə başlasa... - İrandan kəskin xəbərdarlıq

05 Jun 2026, 22:12 2 baxış
ABŞ-la müharibə başlasa... - İrandan kəskin xəbərdarlıq

ABŞ ilə müharibənin yenidən başlaması halında, İran hələ hücuma məruz qalmamış Amerika bazalarına zərbələr endirməyə hazırdır.


Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri Möhsün Rzayi CNN-ə verdiyi müsahibədə bildirib.


"Əvvəllər hücuma məruz qalmayan digər Amerika bazalarına zərbə endirməklə müharibəyə yeni bir ölçü qatacağıq", - deyə o əlavə edib.


Onun sözlərinə görə, müharibə yenidən başlasa, İran hərbi əməliyyatları Fars körfəzindən kənara - Hörmüz boğazından Hind okeanına, Babül-Məndəb boğazına, Qırmızı dənizə və Aralıq dənizinə köçürə bilər.


Eyni zamanda, Rzayi qeyd edib ki, müharibə ehtimalı aşağı olaraq qalır.

Mənbə axar.az

Oxşar Xəbərlər